Nazirlik yeni şirkətə 1,2 milyonluq TENDER VERDİbackend

Nazirlik yeni şirkətə 1,2 milyonluq TENDER VERDİ

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu meyvəçilikdə virussuz əkin materialının innovativ üsulla istehsalının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

KONKRET.az report-a istinadən xəbər verir ki, tenderin qalibi Babil Construction and Procurement MMC-dir.

Qalib şirkətə 1 milyon 199,5 min manat ödəniləcək.

Qeyd edək ki, Babil Construction and Procurement MMC 2020-ci ilin sentyabrın 15-də dövlət qeydiyyatına alınıb.

Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə İsgəndər Muxtar oğlu Baxışovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*