Nazirlikdən küləkli hava ilə bağlı daha bir açıqlamabackend

Nazirlikdən küləkli hava ilə bağlı daha bir açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova əhalini verilən hava xəbərdarlıqlarına diqqət göstərməyə çağırıb.

KONKRET.az xəbər verir ki, nazirlik rəsmisi hazırda Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin əsdiyini bildirib.

“Sinoptiklərin məlumatına görə, yaxın günlərdə Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək. Sarı və narıncı xəbərdarlıq güclü küləkli hava dəyişkənliyindən xəbər verir və gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq, qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir. Buna görə də sinoptiklərin verdiyi xəbərdarlıq məlumatlarını ciddiyə alaq, çünki verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür”, – o bildirib.

İ.İbrahimova vurğulayıb ki, xüsusən də güclü külək zamanı irigövdəli ağacların, tikinti sahələrinin, yüngül konstruksiyalı örtüklərin yaxınlığında dayanmaq olmaz:

“Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq, diqqətli davranaq. Qabaqcadan tədbirli olaq ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qoruna bilək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*