“Nə həmin ərazidə olmuşam, nə də… ” – DYP-dən mübahisəli məqamla bağlı açıqlamabackend

“Nə həmin ərazidə olmuşam, nə də... ” - DYP-dən mübahisəli məqamla bağlı açıqlama

Sosial şəbəkələrdə vətəndaşlara onlara aid olmayan cərimələrin gəldiyi ilə bağlı iddialar səsləndirlir. Sənan Şükürov da (ad, soyad şərtidir – red) bu halla qarşılaşıb.

Sosial şəbəkədə etdiyi paylaşımda ona cərimə gəldiyini bildirən şikayətçi protokolda qeyd olunan adın ona məxsus olmadığını vurğulayıb:

“Mənə cərimə gəlib, lakin nə cərimənin qeydə alındığı ərazidə olmuşam, nə də cərimədə adı qeyd olunan şəxs mənəm. Bir tək cərimədə göstərilən avtomobil nişanı mənə məxsudur. Qərarlı cərimə olduğu üçün də şikayət edə bilmirəm. Belə olan halda kimə müraciət etməliyəm?”.

Mövzu ilə bağlı Bakı Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli KONKRET.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşın müraciəti əsasında araşdırma aparılıb, Mərkəzi İnformasiya Sistemində müvafiq dəyişiklik edilib:

“Belə hallarla qarşılan sürücülərin aidiyyatı üzrə Dövlət Yol Polisinə müraciət etmələri tövsiyə olunur”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*