İspaniyanın Puertolyano şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.
KONKRET.az REN TV -yə istinadən xəbər verir ki, yanğına neft emalı zavoduna ildırım düşməsi səbəb olub.
Yanğın yüksək mürəkkəblik dərəcəsi səviyyəsində təsnif edilsə də, mülki əhali üçün təhlükə törətmədiyi qeyd olunur.
