“Neft qiymətlərinin 100 dollardan yuxarı olmasını istəməzdim” – Vahid Ələkbərovbackend

“Neft qiymətlərinin 100 dollardan yuxarı olmasını istəməzdim” - Vahid Ələkbərov

“Lukoyl”un prezidenti Vahid Ələkbərov neftin 65-75 dollarlıq qiymətinin istehlakçılar üçün uyğun olduğunu bildirib.

“Bu gün üçün müqavilənin parametrləri 2022-ci ilin sonuna qədər müəyyən edilmişdir və ümid edirəm ki, dəyişməyəcək. Qiymətlərin 100 dollardan artıq olmasını istəməzdim. Çünki bu, aşağı gəlirli, təsirsiz layihələrə investisiyaları stimullaşdıra və bazarın çökməsinə səbəb ola bilər”, – deyə Azərbaycan əsilli iş adamı vurğulayıb.

Vahid Ələkbərovun fikrincə, OPEC + təşkilatı müəyyən bir müddət üçün deyil, həmişəlik yaradılıb.

KONKRET.az-ın “Kommersant”-a istinadən məlumatına görə, iş adamı əlavə edib ki, indi neftin qiyməti süni şəkildə tənzimlənir:

“Başa düşürük ki, OPEC+ çərçivəsində hasilat məhdudiyyətləri səbəbindən mövcud qiymət reallığa uyğun gəlmir, çünki kifayət qədər böyük həcmdə hasilat dayandırılıb. Obyektiv qiymət 2022-ci ilin sentyabrından sonra, OPEC + razılaşmasının bitməsi ilə aydınlaşacaq. Enerji transformasiyasının sənayemizə təsirini də başa düşmək lazımdır. Çünki sənaye istehlakçılardan çox asılıdır və biz neftin qiymətini onlar üçün rahat etməkdə maraqlıyıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*