Neftçalada ata və oğlunun su kanalında batmasının səbəbi bilindi – YENİLƏNİBbackend

Neftçalada ata və oğlunun su kanalında batmasının səbəbi bilindi - YENİLƏNİB

Neftçalada balıq tutan ata və 5 yaşlı oğlunun kollektorda boğulmasının səbəbi məlum olub.

KONKRET.az-ın məlumatına görə, soyuq havada balıq tutan ata 5 yaşlı uşağı soyuqdan qorumaq üçün avtomobildə otuzdurub. Bu zaman nəzarətsiz qalan azyaşlı avtomobili işə salıb və avtomobil irəliləyərək suya düşüb. Oğlunu xilas etmək istəyən ata suya atılıb və o da boğulub.

=======================================================================================================

Neftçala rayonunun Astanlı kəndində, “Baş Mil-Muğan” kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xəbərə görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*