“Neftçi” UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Türkiyənin “Qalatasaray” klubu ilə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, Bakı təmsilçisi rəsmi “Twitter” hesabı vasitəsi ilə rəqibə müraciət edib:
“Sizi gözləyirik, “Qalatasaray”, We are waiting for you, “Galatasaray”
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. “Neftçi” I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi”ni mübarizədən kənarlaşdırıb – 2:1.
