“Neftçi”nin mümkün rəqibi bilindibackend

“Neftçi”nin mümkün rəqibi bilindi

Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

KONKRET.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi “Neftçi”nin də mümkün rəqibi bəlli olub.

Əsas yolda mübarizə aparan “ağ-qaralar” III təsnifat mərhələsini adlasa, “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Bunun üçün Laurentsiu Regekampfın yetirmələri Avstriyanın “Rapid” (Vyana) klubunu keçməlidir.

“Neftçi” pley-offa vəsiqə qazansa, ilk qarşılaşmanı səfərdə keçirəcək. Bu mərhələnin görüşləri avqustun 18-də və 25-də baş tutacaq.

Qeyd edək ki, “Neftçi” və “Rapid” arasında qarşılaşmalar avqustun 4-də və 11-də keçiriləcək.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*