“Neftçi” avrokuboklarda mübarizəni dayandırdı – YENİLƏNİB (VİDEO)backend

“Neftçi” avrokuboklarda mübarizəni dayandırdı - YENİLƏNİB (VİDEO)

“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırıb.  

KONKRET.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi 1:3 hesabı ilə qalib gəlib.

***

“Neftçi”-“Qalatasaray” oyununda hesab açıldı.

KONKRET.az xəbər verir ki, oyunun 19-cu dəqiqəsində “Qalatasaray”ın oyunçusu  Mbaye Diaqne fərqlənib.

Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Kevin Klensidir. Ona həmyerliləri Devid Makqişi və Qrem Stüart kömək edirlər. Dördüncü hakim funksiyasını isə Euan Anderson yerinə yetirir.

“Neftçi” indiyədək “Qalatasaray” ilə iki dəfə yoldaşlıq oyununda üz-üzə gəlib. 1960-cı ildə Bakıda keçirilən birinci görüşdə komandamız 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*