“Neftçi” Varqasla müqavilə imzaladıbackend

“Neftçi” Varqasla müqavilə imzaladı

“Neftçi” yay transfer dövründə 5-ci transferini reallaşdırıb.

KONKRET.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” İsrailin “Makkabi” (Netanya) klubunun futbolçusu Freddi Varqasın transferini rəsmiləşdirib.

Dünən axşam saatlarında Bakıya gələn Varqas bu gün tibbi müayinədən uğurla keçib. Venesuela millisinin yarımmüdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.

Klub yaxın saatlarda transferi rəsmən açqıalayacaq.

Qeyd edək ki, 26 yaşlı futbolçu geridə qalan mövsümdə “Makkabi”nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun transfer dəyərini 900 min avro olaraq qiymətləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*