“Nensi Pelosi Ermənistana səfər edəcək” – Erməni mediasıbackend

"Nensi Pelosi Ermənistana səfər edəcək" - Erməni mediası

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə sonu ölkəyə dəstək göstərmək üçün Ermənistana səfər edəcək.

Pelosini Palata üzvü Ceki Speyer müşayiət edəcək. Onun Baş nazir Nikol Paşinyan, eləcə də digər hökumət rəsmiləri ilə görüşü gözlənilir.

Qarşıdan gələn səfərlə bağlı suala spikerin aparat rəhbərinin müavini Drew Hammill deyib: “Biz təhlükəsizlik protokollarına görə beynəlxalq səyahət məlumatlarını əvvəlcədən təsdiq və ya təkzib etmirik”.

Amerika Erməni Assambleyasının həmsədri Entoni Barsamyan Pelosinin səfərinə münasibət bildirib.

“Ermənistan Ukrayna qədər diqqət çəkməyib və bu, beynəlxalq hüququ pozaraq beynəlxalq sərhədi keçən bir ölkənin əsl üzünü göstərəcək”, – deyə o çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*