Nepalda dağlara dırmaşmaq QADAĞAN EDİLDİbackend

Nepalda dağlara dırmaşmaq QADAĞAN EDİLDİ

Nepalda 5 il əvvəl qəbul edilən Everest zirvəsinə qalxmaq qadağası ölkə daxilindəki bütün dağlarda tətbiq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, dağlara dırmanma hökumət tərəfindən lisenziyalı bələdçi və ya qrup halında edilə bilər.

Məlumata görə, qadağa aprelin 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, 2018-ci ildə Nepal qəzaların sayını azaltmaq üçün Everest zirvəsinə təkbaşına dırmaşmağı qadağan edib. 1920-ci ildən bəri 8848 metr yüksəklikdə yerləşən Everestdə 200-dən çox insan həlak olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*