Bir il əvvəl, 2023-cü ilin oktyabrın 20-də Bakı-Quba yolunun ödənişli hissəsi istifadəyə verildi.
Qeyd edək ki, H.Z. Tağıyev qəsəbəsindən başlayaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan yeni 150 km uzunluğundan olan ödənişli avtomobil yolu 9 aydır sürücülərin istifadəsinə verilib.
Ödənişli avtomobil yolu ölkə nəqliyyat sistemi üçün nə qədər effektiv oldu? Azərbaycanın başqa hansı ərazilərinə də belə yolun çəkilməsinə ehtiyac var?
KONKRET.az xəbər verir ki, Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov referans.az-a açıqlamasında bu sualları cavablandırıb.
“Ödənişli yolların istifadəyə verilməsi ilə ölkədə bir ilkə imza atıldı. Çünki ödənişli yolların, xüsusən də, nəqliyyatda istifadə olunan alternativlərin sayını artırdı. Bu vaxta qədər ölkə ərazisində heç bir ödənişli yol olmamışdı. Digər tərəfdən isə Rusiya Federasiyası demək olar ki, dünyanın supergüclərindən biridir. Azərbaycan iqtisadiyyatı da böyük pay sahibinə malik olması da, şimal-cənub dəhlizi, şərq-qərb, şərqin, qərbin birbaşa ən qısa yollarından biri sayılan Azərbaycan tranzitinə təsiri böyük oldu. O cümlədən, bildiyimiz kimi, Azərbaycanın şimal bölgəsinin əhəmiyyəti artdı və bu yol hesabına gediş-gəlişlərin sürətliliyi təmin edildi”.
Ekspert qeyd edib ki, məsələnin digər tərəfi isə nəqliyyatla bağlı əsas atributların, həll prinsiplərinin ortada olmasıdır.
“Bu yol Azərbaycanın şimal bölgəsinə səyahətləri də olduqca asanlaşdırdı. Həmçinin yüklərin də daha rahat daşınması və təhlükəsizliyi də təmin olundu. Mənfi cəhətləri isə olduqca azdır. Bu da maksimal sürət həddi ilə bağlıdır. Lakin bunun məsələyə aidiyyatı yoxdur. Hər şəxs sürət seçimində azaddır və sürəti təyin etməkdə özü müstəsna hüquqa malikdir. Buna görə də bu məsələni heç mənfi cəhət kimi vurğulamaq düzgün olmaz”.
