Netanyahu bu qəzeti məhkəməyə verir: 7 oktyabr hücumu ilə bağlı SENSASİYAbackend

Netanyahu bu qəzeti məhkəməyə verir: 7 oktyabr hücumu ilə bağlı SENSASİYA

İsrailin baş naziri Binyamin Netanyahu “Haaretz” qəzetinə və jurnalist Şlomi Eldara qarşı böhtan iddiası ilə məhkəmə müraciəti hazırlamağı tapşırıb.

KONKRET.az xəbər verir ki, buna səbəb nəşrin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidentinin 7 oktyabr hücumundan əvvəl Netanyahuya xəbərdarlıq etdiyi barədə məlumat yayması olub. Baş nazir bu iddianın “yalan hekayə” olduğunu bildirib.

Netanyahunun sözlərinə görə, 2023-cü ilin sentyabr ayının əvvəlindən oktyabrın 7-nə qədər BƏƏ prezidenti ilə heç bir telefon danışığı baş tutmayıb. Baş nazirlik, Milli Təhlükəsizlik Şurası və hərbi katiblik zəng jurnalını və qəbul qeydlərini yoxlasalar da, belə bir söhbətin izini tapmayıblar.

İsrailin baş nazir həmçinin Misirin onu mümkün hücum barədə əvvəlcədən xəbərdar etdiyini də təkzib edib. Nəşri “qəsdən uydurma” adlandıran Netanyahu bunun sol qüvvələrin seçki kampaniyasının bir hissəsi olduğunu iddia edib. O, eyni zamanda sabiq ŞABAK rəhbəri Ronen Barı və keçmiş Baş Qərargah rəisi Herzi Halevini hücumdan bir neçə saat əvvəl əlamətləri görüb lazımi tədbir görməməkdə ittiham edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*