İsrailin Baş Naziri Benyamin Netanyahu uğurlu prostat əməliyyatından sonra xəstəxanadan evə buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə onun ofisi “X” platformasında məlumat yayıb.
“Hazırda Hadassah Ein Kerem Xəstəxanasından çıxmışam,” deyə Netanyahu “X” platformasında bildirib. Xəstəxana Qüdsdə yerləşir.
Onun ofisinin verdiyi məlumata görə, 75 yaşlı Netanyahu əməliyyatdan sonra yaxşı vəziyyətdədir və tam şüurludur.//Milli.az