Netanyahunun Londona səfəri təxirə salındı – SƏBƏBbackend

Netanyahunun Londona səfəri təxirə salındı - SƏBƏB

İsrailin Baş naziri Benyamin Netanyahunun Böyük Britaniyaya planlaşdırılan səfəri uzun sürən daxili siyasi məsləhətləşmələr səbəbindən cümə günü səhərə qədər təxirə salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, Baş nazirin təyyarəsi səhər tezdən, yerli vaxtla saat 04:00 radələrində Londona uçmalıdır.

Məlumata görə, səfərin təxirə salınması Knessetdə (parlamentdə) səsvermə və qanunvericilik fəaliyyətinin uzun müddət davam etməsi ilə əlaqədardır.

Qeyd edək ki, Britaniyanın “The Daily Telegraph” qəzeti cümə axşamı iddia edib ki, İsrailin Baş naziri Böyük Britaniyaya səfərini təxirə salmağa məcbur olub, çünki heç bir pilot onu Londona aparmağa razı olmayıb. Nəşrin Krallığın Nazirlər Kabinetindəki mənbəsinin sözlərinə görə, buna İsraildə məhkəmə islahatlarına qarşı kütləvi etirazlar səbəb olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*