Nəvə babasının evindən 8500 manatlıq oğurluq etdibackend

Nəvə babasının evindən 8500 manatlıq oğurluq etdi

Bakıda evdən 8500 manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində babasının evindən oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin nəvəsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*