Neymar “Bayern Münhen” əvəzinə “Bayer”i təbrik etdi – FOTObackend

Neymar "Bayern Münhen" əvəzinə "Bayer"i təbrik etdi - FOTO

Neymar Jr Almaniyanın “Bayern Münhen” klubu əvəzinə “Bayer” klubunu Çempionlar Liqasının qalibi kimi təbrik edib.

KONKRET.az xəbər verir ki, PSJ-nin ulduzu öz “Twitter” hesabında belə bir səhvə yol verib.

“Məğlubiyyət idmanın bir hissəsidir. Biz əlimizdən gələni etməyə çalışdıq və sona qədər vuruşduq. Hər birinizin dəstəyinə, sevgisinə görə təşəkkür edirəm və “Bayer”i təbrik edirəm”, – braziliyalı sosial şəbəkə hesabında yazıb.

Almaniya klubu isə öz növbəsində Neymarın təbrikinə münasibət bildirib.

“Çox sağ ol, Neymar! Niyə bizi təbrik etdiyini tam anlaya bilmədik, axı biz məzuniyyətdəyik və FIFA-da oynayırıq… Amma çox sağ ol”.

Xatırladaq ki, bu gecə PSJ-yə minimal hesabla qalib gələn Münhenin “Bayern” klubu tarixində altıncı dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*