“Nikol Paşinyan növbəti dəfə erməniləri necə aldatdı?” – İLGİNC FAKTLAR – VİDEObackend

“Nikol Paşinyan növbəti dəfə erməniləri necə aldatdı?” – İLGİNC FAKTLAR - VİDEO

“Nikol Paşinyan növbəti dəfə erməniləri aldadıb”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb. Nəşrin məlumatına görə, 2018-ci il oktyabrın 2-də baş nazir Nikol Paşinyan növbədənkənar seçkilərin təcili keçiriləcəyini elan edib. Lakin bundan üç ay əvvəl Paşinyan seçkilərin ya mayın sonunda, ya da iyunda keçirilməli olduğunu açıqlayıb.

“Bundan əlavə, Paşinyan bildirib ki, növbədənkənar seçkilərə qədər yeni Seçki Məcəlləsi qəbul ediləcək və “Partiyalar haqqında” qanuna dəyişikliklər olunacaq. Həmçinin bütün bunlara siyasi qüvvələrin tam konsensusu şəraitində nail olunacaq. Lakin onun dediklərinin tam əksinə olaraq növbədənkənar parlament seçkiləri 9 dekabr 2018-ci ildə keçirildi” – nəşr bildirib.

“Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsindən istefa verdi və siyasi razılaşma nəticəsində Milli Assambleya iki dəfə baş naziri seçmədi. Seçkilər isə köhnə Seçki Məcəlləsinə əsasən keçirildi. Hərçənd Paşinyan hökuməti buna qarşı çıxırdı” – deyə müəllif yazıb.

Məlum olur ki, Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı ziddiyyətli bəyanatları ilə növbəti dəfə vətəndaşları aldadıb və onun bu davranışı artıq zamanın sınağından çıxmır”, – müəllif fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*