Nikolla iki yol var: “Ya yeni müharibə, ya da növbəti kapitulyasiya” – Saqatelyandan KRİTİK AÇIQLAMAbackend

Nikolla iki yol var: “Ya yeni müharibə, ya da növbəti kapitulyasiya” - Saqatelyandan KRİTİK AÇIQLAMA

“Xəyanətkarlıq nəticəsində “Artsax”ın tam tərksilah olunması prosesi gedir. Laçın dəhlizi vasitəsilə Ermənistanla quru əlaqəsi kəsilir və bütün bunların nəticəsində “Artsax” ermənilərsiz qalacaq”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan fikir səsləndirib:

“Noyabrın 9-dan bu təhlükələrdən danışırıq. Bunlar (Paşinyan hakimiyyəti – red) hakimiyyətdə qalsa, hər gün yeni itkilərimiz olacaq. Təkrar edirəm, Nikolla iki yol var: ya yeni müharibə, ya da yeni kapitulyasiya” – Saqatelyan vurğulayıb.

“Vəziyyətdən yeganə çıxış yolu bu səlahiyyətliləri aradan qaldırmaqdır. müxalifət haradadır deyə soruşmayın? Müxalifət yerindədir. İstənilən ssenariyə hazır olun”, – erməni deputat fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*