Nizaməddin Quliyev YAP üzvlüyündən xaric edildibackend

Nizaməddin Quliyev YAP üzvlüyündən xaric edildi

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, o, partiyanın yerli rayon təşkilatının İdarə Heyətinin müvafiq qərarı ilə YAP üzvlüyündən xaric edilib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. R.Tatarov da hakim partiya üzvlüyündən xaric edilib. O, YAP yerli rayon təşkilatının sədri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*