İranda tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədi həbs olunub.
KONKRET.az xəbər verir ki, məhkəmə fəallarını və digər aktivistləri müşayiət edərkən keçirilən mərasim zamanı Məhəmmədi və Səpide Qolian adlı digər hüquq müdafiəçisi saxlanılıb.
Hadisə mərhum hüquq müdafiəçisi Xosrov Əlikürdünün xatirə mərasimində baş verib.
Bu barədə məlumatı həmçinin Məhəmmədinin həyat yoldaşı Təqi Rəhməni sosial şəbəkə X-də təsdiqləyib.
Qeyd edək ki, o, 2023-cü ildə “İranda qadınların təzyiqə qarşı mübarizəsi və insan haqları üçün mübarizə” adlı fəaliyyəti ilə Nobel Sülh Mükafatına layiq görülüb.
Müşviq Tofiqoğlu
KONKRET.az
