Norveç Ukraynaya 100-ə yaxın zenit raketi göndərdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.
Açıqlamada bildirilib ki, Fransa istehsalı olan 100-ə yaxın “Mistral” hava hücumundan müdafiə raketi Ukraynaya göndərilib.
Norveçin yeni müdafiə naziri Byorn Arild Qram bildirib ki, “Mistral” raketi Ukraynaya böyük fayda verəcək.
Xatırladaq ki, müharibə başlayandan bəri Norveç Ukraynaya 4 min tank əleyhinə və hərbi texnika verib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski martın sonunda Norveç parlamentinə göndərdiyi videomüraciətdə Oslodan hava hücumundan müdafiə raketləri tələb etmişdi.
İqbal Rzayev,
KONKRET.az
