Norveçdə daha bir Rusiya vətəndaşı pilotsuz uçan aparatdan istifadə etdiyinə görə saxlanılıb.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə yerli polisin sözçüsü Martin Bernsen bildirib.
Qeyd edək ki, Norveçdə ikinci həftədir ki, rusların dronlardan istifadə etdiyinə görə saxlanılması barədə xəbərlər yayılıb. Bundan əvvəl oxşar qanun pozuntusuna görə, Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu Andrey də daxil olmaqla yeddi Rusiya vətəndaşı saxlanılıb. Onlardan dördü artıq azadlıqdadır.
İqbal Rzayev,
KONKRET.az
