Norveçdə dörd rusiyalı HƏBS EDİLDİ – SƏBƏBbackend

Norveçdə dörd rusiyalı HƏBS EDİLDİ - SƏBƏB

Norveçin Nordland əyalətində dörd rus, üç kişi və bir qadın qadağan olunmuş obyektin şəklini çəkdiklərinə görə saxlanılıb.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bu barədə Nordland polisi məlumat yayıb.

Bildirilib ki, ruslar oktyabrın 11-də saxlanılıb. Onların Rusiya nömrəli avtomobilinə baxış zamanı çoxlu fotoşəkillər aşkar edilib.

Onların nəyi lentə aldıqları barədə məlumat verilməyib. Məhkəmə oktyabrın 14-də onların həbsinə qərar verib.

Polisin araşdırmasına görə, ruslar Finlandiya vasitəsilə Norveçə gediblər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*