“OPEK+” ölkələri sazişin tam şəkildə icrasını davam etdirmək barədə razılığa gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak məlumat verib. O qeyd edib ki, monitorinq komitəsinin növbəti iclası növbəti ay baş tutacaq: “Görüşün nəticələri üzrə sazişin tam şəkildə icrasının davam etdirilməsi barədə razılıq əldə edildi”.
