Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az– ın məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Ağamalıyev Ağamalı Rəcəb oğlu və onun övladı 1986-cı il təvəllüdlü Ağamalıyev Rəcəb Ağamalı oğlu yaşadıqları evin həyətində tanıdıqları şəxs tərəfindən bıçaqlanıblar.
Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı A. Ağamalıyevə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, R. Ağamalıyeva isə baş nahiyəsinin bir ədəd və qarın boşluğunun daxilə nüfuz edən iki ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.
R. Ağamalıyevin vəziyyəti ağır olduğu bildirilir.
Cinayətin təfərrüatları araşdırılır.
