KONKRET.az dünya mediasına istinadən xəbər verir ki, İraqda İrana yaxın qrupların ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında təşkil etdiyi nümayişlər ikinci gün davam edir. Şiə milisləri, Haşdi Şabi və Hizbullah Briqadalarının tərəfdarları paytaxt Bağdaddakı Yaşıl Bölgədəki ABŞ səfirliyinin binası qarşısında toplaşmaqda davam edirlər.
ABŞ-a qarşı şüarlar səsləndirən etirazçıları dağıtmaq üçün bəzən əraziyə gözyaşardıcı qaz və qumbara atılır. Təcili yardım maşınlarına atılan qazdan təsirlənənlər ətrafdakı xəstəxanalara çatdırılır. Yaşıl Zona ətrafında yüksək səviyyədə təhlükəsizlik tədbirləri davam edərkən, hökumət nümayəndələri və Haşdi Şabi istisna olmaqla heç kimə, o cümlədən mətbuata bölgəyə girməyə icazə verilmir.
Digər tərəfdən, İrana yaxın şiə Fəth Koalisiyasının üzvü Saad Hazali yerli mediaya ABŞ və İraq arasında imzalanan strateji təhlükəsizlik sazişinin ləğvi üçün Parlamentdə imza toplamağa başladığını bildirib: “ABŞ qüvvələrinin ölkədən çıxarılması ilə bağlı qərarın alınması üçün çox çalışacağıq”.
Qeyd edək ki, dünən Bağdaddakı ABŞ səfirliyi önünə toplaşan yüzlərlə insan İranın dəstəklədiyi Haşdi Şabi tərəfindən dəstəklənən və ABŞ-ın İrandakı Hizbullah Briqadaları bazasına təşkil etdiyi hücuma etiraz edib. ABŞ əleyhinə şüarlar səsləndirən etirazçılar Bağdadda hökumət binalarının yerləşdiyi sığınacaqlı Yaşıl Bölgədəki ABŞ səfirliyinin divarını atəşə tutublar və sonra səfirliyə giriblər.
