“O vaxtdan bəri ölkələrimiz arasında gərginlik yaranıb” – Almaniyadakı səfirimizdən AÇIQLAMAbackend

“O vaxtdan bəri ölkələrimiz arasında gərginlik yaranıb” – Almaniyadakı səfirimizdən AÇIQLAMA

Fransa Ermənistana hərbi-siyasi dəstəyini davam etdirdikcə Cənubi Qafqazda müharibə riski artır. Bu tendensiyanın davam edəcəyi təqdirdə Azərbaycan Fransa ilə münasibətlərin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

“Hesab edirik ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməli, yeni müharibəyə töhfə verməməlidir”.

Bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “RedaktionsNetzwerk Deutschland” saytına müsahibəsində deyib:

“Hələ ötən ilin sonunda Fransa Ermənistanı silah və texnika ilə dəstəkləmək niyyətində olduğunu  bəyan edib. Fransadan ilk zirehli texnika artıq Ermənistana gətirilib”.

Səfir bununla sülh müqaviləsinin təhdid altına düşdüyünü xatırladıb. Eyni zamanda, o, Fransanın Avropa maraqlarını daxili siyasi maraqlara qurban verməsini ağılsız addım kimi dəyərləndirib:

“Fransanın Ermənistanla həmrəyliyi 600 min nəfərlik erməni diasporunun mövcudluğundan qaynaqlanır. Fransadakı erməni icması yaxşı təşkilatlanmış hesab olunur və daxili siyasətə təsir göstərir. Fransa 44 günlük müharibədən sonra Ermənistanın işğalından azad edilən ərazilərin böyük hissəsini geri aldıqdan sonra açıq şəkildə Azərbaycandan uzaqlaşıb. O vaxtdan bəri ölkələrimiz arasında gərginlik yaranıb ki, bunun da kökü Fransanın Azərbaycana münasibətində dayanır. Çərşənbə günü Fransa Senatı daha bir antiAzərbaycan qətnaməsi qəbul edib. Biz bunu ədalətsiz hesab edirik və beynəlxalq hüquqa uyğun deyil. İrəvan və Bakı arasında sülh sazişi nəqliyyat dəhlizi ilə bağlı fikir ayrılıqlarına görə dalana dirənib. İrəvanın fikrincə, dəhliz Ermənistanın nəzarəti altında olmalıdır. Prezident İlham Əliyev ölkə televiziyalarına müsahibəsində bildirib ki, Azərbaycandan Azərbaycana gələn yüklər, vətəndaşlar və nəqliyyat vasitələri üçün sərbəst, nəzarətsiz və gömrüksüz gediş-gəlişi təmin edilməlidir. Haqqında danışdığım marşrutu açmasalar, xeyirdən çox zərər görəcəklər”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*