BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsi üzrə Komitəsi 14 günlük ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsinin sürətləndirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib.
KONKRET.az xəbər verir ki, tövsiyədə qeyd edilib ki, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsini, eləcə də məsuliyyətli atalığı təşviq etmək, Əmək Məcəlləsinə 14 günlük ödənişli atalıq məzuniyyətinin daxil edilməsi ilə bağlı dəyişiklik layihəsinin qəbulunu sürətləndirmək üçün ünvanlı tədbirlər, o cümlədən maarifləndirmə tədbirləri görülməlidir.