Oğlu şəhzadə Diana ilə birlikdə ölən milyarder vəfat etdibackend

Oğlu şəhzadə Diana ilə birlikdə ölən milyarder vəfat etdi

Oğlu şahzadə Diana ilə avtomobil qəzasında ölmüş biznesmen Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Əl-Fayed Misirdə anadan olub, Yaxın Şərqdə biznes imperiyası qurub və 1970-ci illərdə Böyük Britaniyaya köçüb.

O, İngiltərənin “Fulhem” futbol klubunun, Parisdəki “Ritz” hotelinin və Londondakı “Harrods” univermağının sahibi olub.

O həmçinin “Fulhem” stadionunun kənarında abidə ucaltdığı mərhum Maykl Ceksonla da dost olub.

Son illərdə Əl-Fayed, demək olar ki, ictimaiyyət qarşısına çıxmır və həyat yoldaşı Hayni ilə birlikdə Surrey qraflığında malikanədə yaşayırdı.

Şahzadə Diana və sevgilisi – sözügedən biznesmenin oğlu Dodi Əl-Fayed 1997-ci ilin avqustun 31-də Parisdə avtomobil qəzasında həlak olublar.

2008-ci ildə London Ali Məhkəməsində andlı iclasçılar qəzaya sürücünün səhlənkarlığı və təqib edən müxbirlərin səbəb olduğu qənaətinə gəlib.

Məhəmməd Əl-Fayed rəsmi versiya ilə razılaşmayıb və uzun müddət öz araşdırmasını aparıb, lakin sonda andlı iclasçıların qərarı ilə barışıb:

“Yetər. Bunu Uca Yaradana tapşırıram. Lakin mən özüm başqa heç nə etməyəcəyəm”.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*