Çində yanacaqdoldurma məntəqəsindən 23 dollar oğurlayan şəxs 14 il dağda mağarada gizlənib.
KONKRET.az xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.
Bildirilib ki, Liu Mouf adlı şəxs iki şəriki ilə yanacaqdoldurma məntəqəsini qarət edəndə təxminən 30 yaşında olub.
Məlumata görə, polis onun ortaqlarını taparaq həbs edib. Liu isə qaçaraq mağarada gizlənib.
Ailəsi dəfələrlə ondan polisə təslim olmasını xahiş etsə də, o, bundan imtina edib.
14 il mağarada gizlənən Liu atasının yas mərasiminə və oğlunun toyuna həsrət qalıb, nəvəsini belə görməyib.
Qeyd olunub ki, könüllü təslim olan Liunu 10 ilə qədər həbs gözləyir.
İqbal Rzayev,
KONKRET.az
