Oğuzhan Uğur prokurorluğa çağırıldı – FOTObackend

Oğuzhan Uğur prokurorluğa çağırıldı - FOTO

Türkiyədə sosial media fenomeni Oğuzhan Uğur prokurorluğa çağırılıb.

KONKRET.az İHA-ya istinadən xəbər verir ki, o, 6 fevralda “BaBala TV” adlı hesabında zəlzələdən sonra Kahramanmaraşın Kumçatı və Hatayın Yarseli bəndlərinin çatladığını paylaşıb.

Bu paylaşımların zəlzələdən əziyyət çəkən vətəndaşlar arasında qorxu və panikaya səbəb olduğu iddiası ilə İstanbul Prokurorluğu tərəfindən istintaq başladılıb.

İstintaq çərçivəsində şübhəli Oğuzhan Uğur prokurorluğa ifadə vermək üçün Çağlayandakı İstanbul Ədliyyə Sarayına gəlib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*