Ölən zəvvarlar arasında azərbaycanlılar var? – AÇIQLAMAbackend

Ölən zəvvarlar arasında azərbaycanlılar var? - AÇIQLAMA

“Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar arasında ölüm faktı qeydə alınmayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri deyib.

“Ölüm faktı qeydə alınmayıb. Bu il digər ölkələrdən Həccə qeyri-qanuni gələnlərin sayı çox olduğu üçün, ölüm halları çoxalıb”, – şöbə müdiri deyib.

Qeyd edilib ki, zəvvarlar namaz qılmaq, dualar etmək üçün Kəbəyə gedib-gəlirlər:

“Hazırda zəvvarlarımız Məkkədə hotellərdə qalmaqdadırlar, bir neçə gündən sonra fasilələrlə qruplar və qafilələr şəklində Mədinə şəhərinə yola düşəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*