Publisist Oleq Kaşin hesab edir ki, UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov Rusiyanı dünya arenasında təmsil etməməlidir.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, onun fikrincə, ölkədə müasir qəhrəmanlar çoxdur, lakin Həbib kimi döyüşçü onların sırasına daxil deyil.
“Həbibin yeri Rusiyanı təmsil etmək dünya səhnəsində deyil, bağışlayın, doğma kəndlərindədir. Həbib sözü dəhşətli deyil. Həbib sözü gülməlidir. O, daha çox ölkəni dünya arenasında nüfuzdan salan komik fiqurdur”, – deyə Kaşin “Komsomolskaya pravda” radiosunun efirində bildirib.
O, həmçinin qarışıq döyüş sənətini (MMA) “yarı heyvan yarış” adlandırıb: “Burada qan və beyinlər yerə tökülür”.
Publisist bu idman növünü qadağan etməyə çağırıb.
Babək Göyüş
KONKRET.az
