“Qarabağ” Yunanıstanda “Olimpiakos”u DARMADAĞIN ETDİ – YENİLƏNİBbackend

“Qarabağ” Yunanıstanda “Olimpiakos”u DARMADAĞIN ETDİ - YENİLƏNİB

Bu gün Avropa Liqasının qrup mərhələsinin III turuna start veriləcək.

KONKRET.az xəbər verir ki, Azərbycanın avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun komandası Yunanıstanın paytaxtı Afinada “Olimpiakos”la qarşılaşacaq.

Bakı vaxtilə saat 23:00-da start götürəcək qarşılaşmaya komandalar aşağıdakı heyətlərlə çıxacaq:

“Olimpiakos”: 88. Kostas Tzolakis, 26. Qonsalo Avila, 2. Şimo Vrsaliko, 66. Pape Abu Sisse, 45. Oleq Reabçuk, 8. Pyerr Kunde, 5. Andreas Buxalakis (k), 6. Yans Mvila, 77. Qarri Rodriqes, 18. Hvanq Ui-co, 21. Pep Byel

Baş məşqçi: Miçel Qonsales:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 7. Riçard Almeyda, 2. Qara Qarayev (k), 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu

Baş məşqçi: Qurban Qurbanov:

***

“Olimpiakos” – “Qarabağ” matçı start götürdü.

***

“Qarabağ” Zubirin matçın 4-cü dəqiqəsində vurduğu qolla hesabı açsa da, VARA baxıldıqdan sonra qol oyundankənar vəziyyət olduğu üçün ləğv olundu.

***

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

KONKRET.az-ın məlumatına görə, Ovusu Kvabena 68-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib.

***

Marko Veşoviç 81-ci dəqiqədə “Qarabağ”ın ikinci qoluna imza atdı: 0-2.

***

Ramil Şeydayev 85-ci dəqiqədə möhtəşəm qolla “Qarabağ”ın üçüncü qoluna imza atdı: 0-3.

***

“Qarabağ” “Olimpiakos”u 3-0 hesabı ilə məğlub edərək xallarının sayını 6-ya çatdırdı. Bu qrupun digər matçında isə “Frayburq” öz meydanında “Nant”ı 2-0 hesabı ilə məğlub edərək 3-cü qələbəsini qazandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*