Ölkədə təhsil alan şagirdlərin sayı açıqlandıbackend

Ölkədə təhsil alan şagirdlərin sayı açıqlandı

Azərbaycan Respublikasında təhsil sistemi milli, mənəvi ümumbəşəri dəyərlərə əsaslanaraq ümumdünya təhsil sisteminə inteqrasiya yolu ilə inkişaf etməkdədir.

Dövlət Statistika Komitəsindən KONKRET.az-a verilən xəbərə görə, aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas və orta təhsilə malikdir.

İlkin məlumatlara əsasən, 2023-cü il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1691 dövlət və 137 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 125 min uşaq tərbiyə alır.

2022/2023-cü tədris ilinin əvvəlinə ölkənin 4399 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,9 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.

Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 20,5 faiz olub.

2022/2023-cü tədris ilinin əvvəlinə şagirdlərinin sayı 59,9 min nəfər olan 119 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib.

2022-ci ildə əyani ümumi təhsil müəssisələrini bitirən 89,9 min nəfər məzundan 89,7 min nəfəri və ya 99,8 faizi tam orta təhsil haqqında attestat alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*