backend

"Ölkənin iqtisadi qüdrəti həm də onun regional inkişafı ilə bağlıdır" - ÖZƏL

Bu gün regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarının və sərəncamların icrası ölkədə qeyri-neft sektorunun davaml inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına təkan verir.

Qeyd etmək lazımdır ki, Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları bir neçə dəfə qəbul olunub və onların icrası uğurla həyata keçirilib. Belə ki, 2004-2008, 2009-2013 və 2014—2018-ci illəri əhatə edən dövlət proqrammlarının icrası regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində isə ümumi daxili məhsulun, qeyri-neft sektorunun, sənaye və kənd təsərrüfatının həcmində bir neçə dəfə artım müşahidə edilib. Eyni zamanda bu illəri əhatə edən dövlət proqramının icrası nəticəsində milyonlarla yeni iş yerləri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi aşağı düşüb.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi – Vətən Naminə

Azərbaycan Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasına, təbii resursların səmərəli istifadəsinə və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyıb. Bütün görülən işlərin və atılan addımların məntiqi davamı olaraq ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaq məqsədi ilə 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı hazırlanıb. Qeyd edək ki, ümumilikdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulub ki, bunun da 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın investisiyasının yatırılacağı gözlənilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər YENİLƏNİB-2 VİDEO - AZƏRTAC

Azərbaycan Prezidentinin bölgələrə mütəmadi səfərləri Dövlət Proqramlarının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan verir. Belə ki, proqramların icra olunduğu dövr ərzində dövlət başçısı 1800-dən çox infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub, yerlərdə ictimaiyyətin nümayəndələri ilə, o cümlədən sahibkarlarla görüşlər keçirib, qaldırılan məsələlərlə yaxından maraqlanıb və eyni zamanda müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək sərəncam imzalayıb.

Bütün atılan addımların və görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev ilk növbədə regionlarda həyata keçirilən layihələri önə çəkməklə Azərbaycanın sosial dövlət kimi öz öhdəlikərinə sadiq qaldığını diqqətə çatdırıb. Hələ 2003-cü ildə dövlət başçısı Azərbaycanın təkcə Bakıdan və Abşeron yarımadasından ibarət olmadığını, bütün regionların inkişafının vacibliyini bəyan edib. Bu fikirlərin öz təsdiqini tapması üçün ölkə başçısı yorulmadan əməli fəaliyyət göstərib. Artıq regionlara səfər edən istər yerli, istərsə də əcnəbi vətəndaşlar bölgələrimizin heç də Bakı və Abşerondan geri qalmadığını öz gözləri ilə görürlər.

Digər tərəfdən, Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarilə regionların yeni inkişaf mərhələsi başlanıb. Belə ki, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində atılan addımlar, həmin bölgənin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Beləliklə, regional siyasət hər zaman ölkənin iqtisadi siyasəti kimi qiymətləndirilir. Beləcə bütün regionların iqtisadi uğurları cəmlənərək ölkənin iqtisadi siyasət uğuru kompozisiyasını yaradır. Odur ki, regional inkişafsız ölkə iqtisadi qüdrətini yarada və ya bərpa edə bilməz.

İşğaldan azad edilən ərazilərin bərpası Azərbaycanın gücünün, qüdrətinin nümayişidir - Yeni Gəncə

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusuna həsr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*