Ölkəyə dərman, siqaret və soyuq silah keçirilməsinin qarşısı alındı – FOTOLARbackend

Ölkəyə dərman, siqaret və soyuq silah keçirilməsinin qarşısı alındı - FOTOLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə dərman preparatları, siqaretlər, avtomobil ehtiyat hissəsi və soyuq silahın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

KONKRET.az-a bu barədə DGK-dan məlumat verilib.

Belə ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd “DAF”, 2 ədəd “Mercedes-Benz” və “Ford F-max” markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, 1 ədəd beşbarmaq, 36 qutu dərman preparatı, 1 ədəd avtomobil ehtiyat hissəsi, ümumilikdə 1 400 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*