Ölümə sürgün – Müharibəyə göndərilən rusiyalı məhkumlarla bağlı ACI STATİSTİKAbackend

Ölümə sürgün – Müharibəyə göndərilən rusiyalı məhkumlarla bağlı ACI STATİSTİKA

Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukraynaya döyüşmək üçün göndərilən məhbuslar orta hesabla səkkiz həftə ərzində ölürlər. Əvvəllər, yəni 2022-ci ilin iyunundan 2023-cü ilin yanvarına qədər bu müddət üç ay idi.

KONKRET.az xəbər verir ki, bu barədə geniş araşdırmanı BBC təqdim edib.

Jurnalistlər Ukraynada dünyasını dəyişmiş 9327 məhbusun nekroloqunu öyrəndikdən sonra bu qənaətə gəliblər. Onlardan 1910 nəfəri Müdafiə Nazirliyinin Fırtına bölmələrində, 7417 nəfəri isə “Vaqner” PMC-də döyüşüb.

Nəşr bu tendensiyanın onların hazırlıq keçmədən cəbhəyə göndərilməsi ilə izah edir. Belə ki, “Vaqner”ə cəlb olunan məhbuslara ümumiyyətlə təlim keçirilmir.

Digər səbəb kimi məhbusların silahla zəif təchiz olunması göstərilir. Bəzi faktlara görə, əksər məhbuslar “LPR” və “DPR” adları verilmiş separatçı strukturların tabeçiliyinə verilir. Məhkumlar nə xəndək qazmaq üçün lazım olan ləvazimatlarla, nə də ilk tibbi yardım çantaları ilə təchiz ediliblər. Silahlar isə demək olar ki, nasaz olur.

Z-blogger Vladimir Qrubnik deyir: “Bir çox əsgərlərin döyüş üçün yararsız olan pulemyotları var idi və komandanlıq onların dəyişdirilməsini təmin etmirdi”.

Lakin “Vaqner PMC” bütün döyüşçülərinin avadanlıq və təchizatına daha məsuliyyətlə yanaşırdı. Məqalədə vurğulanır ki, məhkumlar cəhbəyə yalnız “ətdən divar hörmək ” məqsədilə göndərilir. Bu döyüş bölmələri zirehli texnikanın və digər qoşun növlərinin dəstəyi olmadan hərəkət edirlər. Buna görə də bu cür bölmələr böyük itki verir. Bundan əlavə, məhkumlar arasında nizam-intizam halları tez-tez pozulur, özbaşına geri çəkilmə halları artır. Tapşırığı yerinə yetirməkdən imtina edənlər üçün məhkəməsiz edamlar tətbiq edilir.

Xatırladaq ki, 2023-cü ilin yazından etibarən koloniyalardan cəbhəyə göndərişlər yalnız Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Bu ilin avqust ayına qədər şərtlər dəyişməyib: məhbuslara prezident tərəfindən əfv və altı ay cəbhə xəttində qaldıqdan sonra evə qayıtmaq təklif edilib. Bu sxemə görə, təxminən 50 min rus cəbhəyə gedib. Eyni rəqəmi jurnalistlərin hesablamaları da təsdiqləyib. Nəticədə ağır zorakılıq cinayətlərinə görə məhkum olunmuş onlarla insan əvvəlki yaşayış yerlərinə qayıdıb.

İndi isə məhbusları 6 ay müddətinə müqavilə bağladıqdan sonra “könüllü” kimi cəbhəyə aparırlar, amma əfv olunmaq əvəzinə onlara “şərti azadlıq” verilir. Artıq koloniyalardan gələnlərə müharibənin sonuna qədər evlərinə qayıtmağa icazə verilmir. Onlarla bütün müqavilələr müddət bitdikdən sonra avtomatik olaraq yenilənir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*