Baqrat Srbazan: “İndi biz çox həyəcanlı günlərimizi yaşayırıq”backend

Baqrat Srbazan: "İndi biz çox həyəcanlı günlərimizi yaşayırıq”

“Biz həqiqət uğrunda mübarizə etməklə çox həyəcanlı günlərimizi yaşayırıq”.

KONKRET.az xəbər verir ki, bunu Tavuş Yeparxiyasının rəhbəri Baqrat Srbazan deyib.

“Həqiqət naminə çarmıxa çəkilməkdən və onu ən böyük şərəf kimi qəbul etməkdən başqa bir şey yoxdur. Hər kəs belə düşünməlidir. Yalan mənim üçün çarmıxa çəkilib, mən də yalan üçün. Həqiqət mənim xaçımdır və mən bu həqiqət üçün yaşayacağam. Bizim şüurumuzun, addımlarımızın, hərəkətlərimizin, mübarizəmizin mahiyyəti bu olmalıdır. Bundan başqa heç nə bizim üçün dəyər ola bilməz, çünki ondan kənar hər şey uğursuzluqdur.

O hay-küydə, o seldə həqiqət itir. O aldatma və yalanlarda bir cazibədarlıq var. Amma biz bu illüziyanı gözəl obrazlarda canlandırmalıyıq. Çünki belə illüziyalar ləzzət verən şirin, öldürücü zəhərdir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*