Uşağın mədəsindən maqnit çıxardılarbackend

Uşağın mədəsindən maqnit çıxardılar

Engels şəhər klinik xəstəxanasının həkimləri mədəsində yad cisim olan uşağı xilas ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Saratov vilayətinin səhiyyə naziri Oleq Kostin Telegram kanalında məlumat verib.

Beş yaşlı qız şəhər xəstəxanasına çatdırılıb. Həkimlər tibbi müayinə zamanı uşağın mədəsində maqnit tapıblar.

Uşaq ümumi anesteziya edilməklə yad cisim çıxarılıb. Qeyd edək ki, metallar uşağın selikli qişasını zədələyib, mədəsində hemorragik eroziyalar əmələ gəlib. Balaca xəstə uşaq cərrahiyyəsi şöbəsində müalicəsini davam etdirir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*