Ermənilər Spitak-Gümrü avtomobil yolunu bağladılar – ETİRAZbackend

Ermənilər Spitak-Gümrü avtomobil yolunu bağladılar - ETİRAZ

“Ermənistanda etirazçılar Spitak-Gümrü avtomobil yolunu bağlayıblar”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri hadisə yerindən fotolar yayımlayıblar.

Xatırladaq ki, aprelin 19-da Ermənistan və Azərbaycan sərhəd demarkasiyası komissiyaları Tavuş rayonundan sərhəd demarkasiyasına başlamaq barədə razılığa gəliblər. Sərhəd xəttinin verilmiş hissələrinin təsviri 2024-cü ilə qədər başa çatdırılmalı olan sahədə aparılan geodeziya ölçmələri nəticəsində koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib ediləcək.

Məhz bu tarixdən etibarən Tavuş sərhəd kəndlərinin sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası yolunda etiraz aksiyası keçirirlər. Onlar sərhədin demarkasiyası ilə bağlı İrəvan və Bakının razılaşdırdığı versiyaya qarşı çıxırlar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*