Gürcüstan parlamentində əlbəyaxa dava – SƏBƏBbackend

Gürcüstan parlamentində əlbəyaxa dava - SƏBƏB

Gürcüstan parlamentində müxalifəti və hakim partiyanı təmsil edən deputatlar arasında dava düşüb.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu, “Xarici agentlər haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsindən öncə baş verib.

İnsident xüsusi təyinatlıların müxalifət partiyası olan Vahid Milli Hərəkatın rəhbəri Levan Xabeişvilini bir gün əvvəl keçirilən etiraz aksiyası zamanı döyməsinə müxalifətçi deputatların etirazından sonra başlayıb. Müxalifətçi həmkarlarının etirazı polisin hərəkətlərini dəstəkləyən hakim “Gürcü arzusu” partiyasının nümayəndələrinin narazılığına səbəb olub və mübahisə davaya çevrilib.

Levan Xabeişvili isə mediaya açıqlamasında mitinq iştirakçılarının döyülməsini “məqsədyönlü cəza tədbirləri” kimi qiymətləndirib və bu əmrin “Gürcü arzusu” partiyasının qurucusu Bdzina İvanişvilidən gəldiyini söyləyib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*