“Rusiya zavodları elə silahlar istehsal edir ki, düşmənləri titrədir”backend

"Rusiya zavodları elə silahlar istehsal edir ki, düşmənləri titrədir"

“Rusiya zavodları düşmənləri titrədən güclü silahlar yaradır. Dövlət bunu iqtisadiyyatın digər sektorlarına xələl gətirmədən bacarır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Siyasətçinin fikrincə, Rusiya uğur üçün lazım olan hər şeyə malikdir və bu müharibədə ruslar mütləq qalib gələcək. Bunun üçün lazım olan hər şey var – texnoloji potensial, iş təcrübəsi, əzmkarlıq və güc, Vətənə sədaqət, dərin tarixi yaddaş və qarşıya qoyulan dəqiq məqsədlər.

“Bu gün fabriklərimiz nəhəng silahlar istehsal edir. Düşmənlərimizin titrədiyi silahlar. Eyni zamanda, biz silahları ölkəmizin firavan yaşaması üçün lazım olan hər şeylə birlikdə istehsal edirik”.

Siyasətçi qeyd edib ki, Qərb mediası “Rusiya dağılmaq üzrədir”, “Rusiyanın Atlantik döyüş maşınına müqavimət göstərmək üçün kifayət qədər gücü yoxdur” başlıqları ilə doludur. Onun fikrincə, bütün bu nəşrlərin məlumatları ilk növbədə Qərbin adi insanlarına deyil, Rusiya ilə Ukrayna arasında münaqişənin davam etdirilməsində maraqlı olan elitaya yönəlib.

Günel Mikayılova,

KONKRET.az

  • Haller
    May 1, 2024 - 17:07

    Yeriniz Haaqa mehkemesidir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*