Cənubi Afrikalı pastor ölümündən iki il sonra dəfn edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Siva Mudli adlı keşiş 15 avqust 2021-ci ildə xəstəlikdən vəfat edib. Lakin ailə dəfn mərasiminə hazırlaşmaq əvəzinə, pastorun diriləcəyini gözləyərək meyitini morqda qoyub.
Bundan əlavə, keşişin yaxınları onun öldüyünü gizlədiblər.
Məlumata görə, morqdan dəfnə görə razılıq almaq üçün dəfələrlə Mudlinin ailəsi ilə əlaqə saxlanılıb. Mərhumun yaxınlarından müsbət cavab almayan morq rəsmiləri onlara qarşı məhkəmədə iddia qaldırıb.
Məhkəmə meyitin basdırılmasına icazə verib. Martın sonunda Siva yerli qəbiristanlıqda dəfn edilib.
Qeyd olunub ki, onun həyat yoldaşı və uşaqları mərasimdə iştirak etməyib.
İqbal Rzayev,
KONKRET.az
