Oman XİN rəhbəri Cenevrə danışıqları öncəsi Uitkoff və Kuşnerlə görüşdübackend

Oman XİN rəhbəri Cenevrə danışıqları öncəsi Uitkoff və Kuşnerlə görüşdü

Omanın xarici işlər naziri Cenevrədə İranla aparılacaq danışıqlar ərəfəsində ABŞ nümayəndələri Uitkoff və Kuşnerlə görüş keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, görüş zamanı danışıqların ümumi konteksti ətraflı şəkildə təhlil olunub və onların uğurla başa çatması üçün tələb olunan siyasi və texniki şərtlər realist və konstruktiv ruhda müzakirə edilib.

“Görüş bütün siyasi və texniki aspektlər baxımından danışıqların kontekstinin geniş təhlilini və onların uğuru üçün zəruri şərtlərin müzakirəsini əhatə edib. Bu, qarşılıqlı anlaşmaya nail olunması şansını artırıb və danışıqların məqsədlərinə uyğun nəticə əldə olunmasına töhfə verib. Danışıqlar bu gün nəzərəçarpacaq irəliləyişlə başa çatıb və onların tezliklə davam etdirilməsi üçün yol açılıb”, – deyə Omanın XİN-i bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*