Ombudsmanın maaşı artırılır – 3060 MANATbackend

Ombudsmanın maaşı artırılır - 3060 MANAT

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın maaşı artırılır.

KONKRET.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, Ombudsman 2230 manat məbləğində aylıq əmək haqqı alır.

Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.

Dəyişikliyə əsasən, Ombudsman 3060 manat məbləğində vəzifə maaşı alacaq. Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*