On altı yaşlı yeniyetmənin MÖCÜZƏVİ XİLASI: Dünya ukraynalı bu uşaqdan danışır – FOTObackend

On altı yaşlı yeniyetmənin MÖCÜZƏVİ XİLASI: Dünya ukraynalı bu uşaqdan danışır - FOTO

16 yaşlı ukraynalı oğlanın möcüzəvi şəkildə xilas edilməsi beynəlxalq medianın gündəmini zəbt edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın işğalı zamanı 9 millimetrlik güllə yeniyetmənin onurğasından girərək çənə hissəsindən çıxıb. Uşağın zədəsi barədə Memorial Tibb Universitetinin həkimlərinin fikirləri “American Journal of Case Reports” jurnalında dərc olunub. Məlumata görə, adı açıqlanmayan 16 yaşlı mülki şəxs sovet istehsalı tapança ilə boyun nahiyəsindən güllələnib. Həkimlər oğlana Makarov tapançası ilə təxminən 15 sm hündürlükdən atəş açıldığını bildiriblər.

Ukraynalı çocuğun mucize kurtuluşu

Yeniyetmə Ukraynanın Vinnitsa şəhərindəki xəstəxanaya aparılıb. Onurğa beyni zədələndiyi üçün yeniyetmə ağzını tam aça və sol qolunu qaldıra bilməyib. Əməliyyat zamanı həkimlər onun çənəsinin aşağı hissəsində kəsik yaradaraq həmin nahiyədəki yumşaq toxumaları kəsiblər və kəllə sümüyündən qəlpəni çıxarıblar. Oğlan əməliyyatdan 9 gün sonra xəstəxanadan buraxılıb və təəccüblü olsa da tam sağalıb.

Ukraynanın aparıcı hərbi cinayətləri üzrə prokurorunun sözlərinə görə, Rusiya işğalı zamanı 100 mindən çox mülki şəxs həlak olub. Təkcə liman şəhəri Mariupolun mühasirəsində 10 mindən çox ukraynalı dinc sakinin həlak olduğu güman edilir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*