Ön cəbhədə döyüşən əsgərimizin ikiqapılı avtomobil arzusu gerçəkləşdirildi – FOTO/VİDEObackend

Ön cəbhədə döyüşən əsgərimizin ikiqapılı avtomobil arzusu gerçəkləşdirildi - FOTO/VİDEO

İş adamı əsgərin xəyal etdiyi ikiqapılı avtomobili alıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edilib.

İş adamı Fərid Novruzi sosial şəbəkədə yayılan videoda əsgərin dediyi “ikiqapılı “Mercedes” avtomobili mənim xəyalım olub” ifadəsini diqqətdə saxlayıb:

“Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, ikiqapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bolgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salim evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Amin! Maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028-də (Xocavəndin avtomobil seriyasıdır)”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*